Hələ 20 yaşındaykən Sambany adlı gəncin sol yanağında şiş yaranmağa başladı.Azadliq.info-nun Daily Mail-ə istinadən verdiyi xəbərə görə illər keçdikcə bu şiş onun başından iki dəfə böyümüş oldu. Əyalətdə yaşayan bu gənc artıq ətrafındakı insanları narahat etməyə başlamışdı. O 30 ilə yaxın bu şişlə yaşamalı olur. Hər kəs ona dəhşət dolu nəzərlərlə baxırdı. Madaqaskarın uzaq əyalətində yaşayan Sambany üç günlük yolu qət edərək həkimlərlə görüşməyə gəlir.
İngiltərəli könüllü həkim briqadası “Mercy Ships” görülməmiş bu xəstəliklə mübarizə üçün dayanmadan 12 saatlıq əməliyyat keçirirlər. Onun üzündən 7. 46 kq ağırlığında şiş çıxarılır. Növbəti əməliyyatda həkimlər onun üzündə plastik dəyiçikliklər etməyi düşünür.






