Azərbaycana yeni təhlükə yaxınlaşır

Şimali Osetiya-Alaniya Respublikasında A/H1N1 qripinə 13 yoluxma və bir ölüm halı qeydə alınıb. Bu haqda respublika səhiyyə nazirliyi açıqlama verib. Onun sözlərinə görə, bu il ümumilikdə digər qrip növlərindən 5 nəfər dünyasını dəyişib.
 
“Bizdə olan məlumata görə, “donuz qrip” virusundan 1 nəfər dünyasını dəyişib. Mümkün olan bütün tədbirləri aparırıq”, – deyə respublika səhiyyə nazirinin müavini Tsidayeva bildirib.
 
Hazırda Vladiqafqazda təcili yardım klinikasında sətəlcəm diaqnozu ilə 40 orta ağır dərəcəli xəstə var. (ans)