Obama və Xamneyi arasında məxfi yazışma

The Wall Street Journal qəzetinin bildirdiyinə görə, İranın ali dini rəhbəri və ABŞ prezidenti iki ölkə nüvə proqramına dair razılıq əldə etməyə çalışdığı bir vaxt məktub vasitəsilə yazışma aparıb.
 
Qəzetdə dərc edilmiş məqaləyə əsasən, ayətullah Xamneyi ABŞ prezidenti Barak Obamadan gələn təşəbbüslərə cavab verib.
 
Cənab Xamneyi ABŞ liderinin ona oktyabr ayında göndərdiyi məktuba bu  yaxınlarda göndərdiyi məktubda nüvə proqramına dair razılığın əldə edildiyi halda, ABŞ və İran arsında İŞİD qrupuna qarşı mübariəzədə əməkdaşlığın mümkünlüyü məsələsini qaldırıb.
 
Adının açıqlanmadığı İran diplomatı The Wall Street Journal qəzetinə ali dini rəhbərin cənab Obamaya ehtiramla cavab verdiyini, lakin bununla heç bir töhdəlik götürülmədiyini deyib.
 
Qəzetin yazdığına əsasən, cənab Xameneyinin cənab Obamaya bundan əvvəl məktub göndərməsi haqda da məlumatlar verilib. Ağ Evdə anonim mənbə 2009-cu ildə İran liderindən belə bir məktubun olduğunu təsdiq edib.
 
Nə Ağ Ev, nə də İran hökuməti iki lider arasında yazışma haqda məlumatları hələlik təsdiq etməyib ("Amerikanın səsi").