Putin Ukraynaya hərbi texnika göndərdiyini etiraf edib

Minskdə imzalanan razılaşma Rusiyanın Ukrayna münaqişəsinə birbaşa aidiyyatının olduğunu sübut edir. Bunu sənədi araşdıran Finlyandiya xarici siyasəti institutunun əməkdaşları bildirib. 
Sənəddə qeyd olunub ki, ağır texnika döyüş bölgəsindən geri çəkilməlidir. Bu bənddə bütün silah növləri, o cümlədən «Tornado-S» reaktiv yaylım atəşi sistemi qeyd olunub. Bu silah növü isə yalnız Rusiyada var. Əgər münaşiqədə «Tornado-S» istiadə olunursa, o ancaq Rusiyadan gedə bilər. 2012-ci ildən silahlı qüvvələrin istifadəsinə verilən bu qurğu xaricə satılmayıb. 
İnstitutun əməkdaşları hesab edir ki, bu silahın adı razılaşma sənədinə təsadüfən düşüb. Ancaq Rusiya və separatçılar onu imzalayıb.
Bu arada ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payett tvitter səhifəsində hazırda döyüşlərin getdiyi Donetsk vilayətinin Debaltsovo şəhərində Rusiya ordusunun döyüşdüyünü yazıb. 
Eyni zamanda ABŞ Dövlət Departamentindən Cen Psaki və NATO-nun baş katibi Yens Stoltenberq də oxşar bəyanatla çıxış ediblər. 
azadlıq.info