Ziya Məmmədov əmr imzalayıb

«Azadlıq»ın məlumatı təsdiqləndi

“Azəryolservis” ASC-nin sədri dəyişib. ANS PRESS-in məlumatına görə, bununla bağlı nəqliyyat naziri Ziya Məmmədov əmr verib.
Yol təsərrüfatındakı çoxşaxəli fəaliyyəti, qazandığı təcrübə, eyni zamanda təşkilatçılıq bacarığı nəzərə alınaraq Nəqliyyat Naziri Ziya Məmmədovun əmrinə əsasən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilib.
Qeyd edək ki, bu barədə ilk olaraq “Azadlıq” qəzeti yazıb.