İsveçrə XİN-dən Emin Hüseynov açıqlaması

Hazırda Azərbaycan vətəndaşı Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyindədir. Bunu Trend-ə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ursina Şmit deyib.

Onun sözlərinə görə, o, 2014-cü il avqustun 18-də səfirliyə müraciət edib: "Bundan sonra İsveçrə ona humanitar səbəblərə görə qalma icazəsi təqdim edib. Həmin vaxtdan İsveçrə müraciət edən vətəndaşın maraqlarına uyğun olaraq bu məsələnin həlli üzrə Azərbaycan hakimiyyəti və hökuməti ilə danışıqlar aparır".