Vüqar Əliyevin atası müraciət yaydı VİDEO

Redaksiyamıza Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək şmürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin atası Ibrahim Ismayılovun videomüraciəti daxil olub. Ibrahim Ismayılov müraciətində oğlunun günahsız olduğunu, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun onu qisasçılıq məqsədilə həbs etdirdiyini bildirib. Vüqar Əliyevin atası həmçinin qeyd edib ki, Aslan Aslanov həbsxanada da qisasçılığını davam etdirib. Ibrahim Ismayılov özü və digər ailə üzvlərinin də Aslan Aslanovun təzyiqlərinə məruz qaldığını deyib.