Qazaxıstanda benzin ucuzlaşdı

İqtisadçı Rovşən Ağayev Facebook səhifəsində Qazaxıstan hökumətinin büdcə xərclərini azaltmasından və benzini ucuzlaşdırmasından yazıb:  

Qazaxıstan hökuməti neftin qiymətinə "boyun əymək" qərarına gəlib. Nazarbayev hökumətə büdcə xərclərini 10% və ya 3.8 milyard dollar (700 milyard təngə) ixtisar etməyi tapşırıb. 2015-ci il üçün proqnozlaşdırılan büdcə xərcləri 38 milyard dollardı. 
Məlumat üçün deyim ki, Qazaxıstanın respulika büdcəsinin nefttdən asılılıq səviyyəsi Azərbaycanın dövlət büdcəsilə müqayisədə daha azdı. Belə ki, 2015-ci ildə Qazaxıstanı büdcəsinin proqnozlaşdırılan 36.5 milyard dollarlıq gəlirinin 38%-i (13.9 milyard dolları) Neft Fondunun transfertləri hesabına formalaşmalıdı, Azərbaycanda isə bu göstərici 53.5%-di. Neft şirkətlərinin vergiləri ilə birlikdə Qazaxıstan büdcəsində neftin payı 55% ətrafında, Azərbaycanda isə 66%-dir. 
Nazarbayevin fikrincə, sosial öhdəliklərə toxunmadan, bahalı layihələri, dəbdəbəli yubiley və toplantıları təxirə salmaqla büdcəyə qənaət mümkün olacaq. Nazarbayev deyib ki, kim özünə yubiley keçirmək istəyir, sponsor tapsın.
Nazarbayevin ikinci atdığı addım yanacağın qiymətini ucuzlaşdırmaqla bağlı olub. Artıq Qazaxıstanda Ai-92/93 benzinin və dizel yanacağın qiyməti bərabərləşdirilməklə 99 təngəyə (0.53 dollar və ya) endirilib. Bu, bizim milli pulla 42 qəpiyə bərabərdi. Beləliklə, hazırda Qazaxıstanda Azərbaycanla müqayisədə dizlel yanacağı 30%, Ai-92/93 benzini isə 40% ucuzdu.