«Minsk razılaşması böyük uğurdur»

Avropa Parlamentinin sədri Martin Şults Minskdə əldə edilən razılaşmanı uğurlu hesab edir. «İndiki situasiyada atəşkəsin əldə ediməsinə dair razılaşma böyük tərəqqidir. Tərəflər güllə atmayanda bir biri ilə danışa bilir. Əsas odur ki, tərəflər razılaşmaya əməl etsin». – deyə o bildirib.
Bundan əlavə, Şults avropalı siyasiləri Ukraynanı daha fəal dəstəkləməyə çağırıb. 
Avropa Parlamentinin sədri qeyd edib ki, o Ukrayna prezidenti Petr Poroşenkonun konkret təminat alacağına ümid edir. Bu da ölkədəki iqtisadi durumun stabilləşməsi istiqamətində işə başlamağa imkan verəcək. 
Şults Almaniya kansleri Angela Merkelin və Fransa prezidenti Fransua Ollandın sülh təşəbbüsünü alqışlayıb. 
 
azadlıq.info