
Bu gün hakimiyyət növbəti dialoq tamaşasını səhnələşdirib.Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq bu tədbiri iqtidar-müxalifət dialoqu kimi təqdim edib cəmiyyətdə yanlış təəssürat yaratmaq mümkün olmayacaq. Çünki:
1)Hakimiyyət məmurunun keçirdiyi görüşdə iştirak edənlərin heç biri nə ölkə daxilində, nə də beynəlxalq aləmdə müxalifətçi kimi qəbul edilmirlər.
2) Müxalifətçi rolu oynayan şəxslərin bu günə qədər 15-20 nəfəri bir araya topladığını kimsə görməyib və bu üzdən də onlar partiya sədri kimi təqdim olunsalar da heç bir təşkilati strukturu təmsil etmirlər.
3) Bu görüşdə iştirak edənlər müxalif elektoratın hörmət etdiyi, güvəndiyi şəxslər deyil, əksinə, bir çoxları öz siyasi keçmişlərinə dönük çıxdıqları üçün satqın imici ilə tanınırlar. Belələrinin heç bir sosial təmsilçilik mandatı olmadığı üçün onların iştirakı ilə qurulan tamaşanı da cəmiyyəti ciddi qəbul etməyəcək.
4) Müxalifətin kimliyini Prezident Administrasiyasında tutulmuş siyahı ilə müəyyənləşdirmək olmaz. Hansı şəxsin və ya qüvvənin ictimai rəydə müxalifəçi kimi qəbul edilməsi ilk növbədə hakimiyyətə münasibətdə tutulan mövqeydən, rejimə qarşı aparlan mübarizədə necə iştirak etməsindən asılıdır. Ona görə də hakimiyyətə münasibətdə loyallıq göstərib, uzaqbaşı hansısa 4-5-ci dərəcəli məmurları tənqid etməyə icazəsi olan şəxsləri müxalifətçi kimi təqdim edib ictimai rəyə təsir etmək mümkün olmayacaq.
5) Cəmiyyətin gerçək müxalifət kimi qəbul etdiyi AXCP və Milli Şura iştirak etmədiyi dioloq prosesi ciddi qəbul oluna bilməz.
6) Dailoq o zaman mümkün olur ki, görüşdən öncə tərəflərin birgə iştirakı ilə müzakirə olunacaq məsələlər razılaşdırılmış olsun. İqtidarın keçirdiyi bu tədbirdə isə gündəliyi iqtidar təmsilçisi müyyənləşdirdyi üçün bu tədbiri dialoq kimi təqdim etmək mümükün olmayacaq.
7) Cəmiyyət anlayır ki, belə bir maskaradın keçirilməsində əsil məqsəd ictimai diqqəti gerçək müxalifət qüvvələrindən yayındırıb iqtdarla mandat alverində olan bir dəstə siyasi dönüyü real müxalifətçi kimi cəmiyyətə sırımaqdır. Ancaq bu günə qədər iqtidarın müxtəlif yollarla "siyasi genetikası" dəyişdirilmişlərdən müxalifət düzəltmək cəhdləri uğursuzluğa uğrayıb.