
Məlumatda bildirilir ki, Züqanov Azərbaycanın AŞPA-da Rusiya ilə bağlı son səsvermədə tutduğu mövqeyə görə təşəkkür edib.
Öz növbəsində Əliyev Azərbaycanın AŞPA-da bütün məsələlərdə Rusiyanı dəstəklədiyini deyib. “Taleyim AŞPA ilə bağlı idi. Bu təşkilatın fəaliyyətini izləyirəm. AŞPA artıq əvvəlki deyil”, – deyə Əliyev bildirib.
Azərbaycan prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 3 mlrd dollardan artıq təşkil etdiyini deyib.
Ilham Əliyev ölkədə 2005-ci ildə baş verənlərdən də danışıb. “2005-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhd edilib. Komanda üzvlərini, iki naziri ələ aldılar. Ölkəyə şarflar gətirildi. Ancaq biz onların bellərini qırdıq və bu bəlanın qarşısını aldıq. İndi bütün bunlar yenidən qayıdır”.
Əliyev həmçinin deyib ki, Rusiyaya qarşı loyal olan dövlətlər təzyiq altındadır: “Biz pressinq altındayıq. Azərbaycanın nüfuzdan salınması üçün kampaniya aparılır”.
azadlıq.info