Saakaşvili yüksək vəzifəyə təyin olundu

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə müşavirlər Şurasının sədri təyin edilib. APA-nın məlumatına görə, bu barədə Gürcüstanın “Pirveli radio” radiostansiyası xəbər yayıb. Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko məsələ ilə bağlı brifinq keçirəcək. Brifinqdə M. Saakaşvili də iştirak edəcək.