
2015-ci il Azərbaycan üçün sınaq ilidir. Olkənin taleyindən dolayı nigarançılıq keçirən hər kəsi indi bir sual düşündürür – görəsən, bu sınaqdan çıxa biləcəyikmi? Bəli, bizi qarşıda bütün çətinliklərə rəğmən taleyimizi müəyyən edəcək bir seçim gözləyir. Nəhayət, uzun sürən tərəddüdlərdən sonra hakimiyyət Riqa sammitində strateji seçim etməlidir. Artıq hər iki qonşumuz – həm Ermənistan, həm də Gürcüstan bu seçimi edib: biri Avropanı, digəri isə Rusyanı seçib. İndi hər iki tərəfi müqayisə edib onlardan birini seçmək üçün qarşımızda iki örnək var: – müstəqilliyini itirib, Rusiyanın for postuna çevrilən Ermənistan və müstəqilliyini qoruyub saxlayaraq, Avropanın bir hissəsinə çevrilməkdə olan Gürcüstan.
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”proqramı çərçivəsində Azərbaycanla Avropa İttifaqı asrasında Assosiasiya Sazişinin imzalanmasına dair danışıqlar hələ 2010-cu ildən başlayıb, bu günə qədər davam edir. Lakin Azərbaycan hakimiyyəti bu sazişi imzalayıb, seçim etmək əvəzinə Strateji Tərəfdaılığın Moderinləşdirməsi istiqamətində fəaliyyət təklif edir. Bu, iddia ilə hakimiyyət, sanki özünü qlobal miqyasda olduqca mühüm oyunçu hesab edir. Halbuki, Qərbin, daha doğrusu, Avropanın və Amerikanın prioritetlərində Azərbaycan daha əvvəlki o, önəmi daşımır. Bəli, dəyişən prioritetlər strateji seçimi artıq zərurətə çevirir.
Strateji seçimi zərurətə çevirən geosiyasi durum
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Krımı işğal və ilhaq etməsi beynəlxalq münasibətlər sisteminə elə sarsıdıcı bir zərbə vurub ki, iki tərəfli və çoxtərəfli sazişlər, artıq öz əhəmiyyətini itirib, hətta böyük dövlətlərin imzaldığı müqavilələrin gerçək təminatı belə sual altına düşüb və qarşılıqlı əlaqələrdə etimadsızlıq (sindiromu) mühiti yaranıb. Nəticədə, dünyanın təlükəsizlik düzəni daha doğrusu, nizamı pozulub və ən yeni tarixin – XXI əsrin ən böyük geosiyasi böhranı yaşanır. Indi böhrandan çıxmaq üçün çağdaş siyasətçilər, sadəcə təcavüzün doğurduğu hüquqi, siyasi, nəticələri deyil, həm də (daha çox) dünyanın pozulmuş geosiyasi nizamını, yeni təlükəsizlik düzənini qurmaq üzərində çalışırlar.
Təbii ki, hər bir qlobal böhran böyük risklər və təhlükələrlə yanaşı, həm də böyük fürsətlər və imkanlar yaradır. Bu təlükələrdən qorunmaq və imkanlardan yararlanmaq üçün indi hər bir dövlət strateji seçim edərək dünyanın yeni təlikəsizlik düzənində öz mövqeyini, yerini və rolunu müəyyənləşdirir.
Ona görə də artıq seçim qaçılmazdır: dünyanın geosiyasi mənzərəsində baş verən fundamental dəyişikliklər onu getdikcə siyasi zərurətə çevirməkdədir. Nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlər Ukrayna böhranı üzərindən o qədər sürətlə dəyişir ki, Rusiya ilə Qərb arasında yaşanan “soyuq savaş” hər an istiləşə bilər. Belə vəziyyətdə daha tərəflər arasında balans yaratmaq mümkün deyil, çünki mübarizənin siyasi-diplomatik müstəvidən hərbi-siyasi müstəviyə keçid alması manevr imkanlarını daraldır və riskləri artırır.
Rusiya ilə İran arasında qalan Azərbaycan
Neçə illərdi ki, hakimiyyət bu tarixi- coğrafi gerçəkliyi bəhanə edib strateji secim etmək istəmir. Elə təəssürat yaradır ki, guya Azərbaycan Rusiya ilə İranın arasında qalıb “sendviç” ( dürmək ) kimi sıxılıb əzilir. Sadəcə, məqsəd bu, acı həqiqəti abardıb özünün qeyri-ardıcıl siyasi gedişlərinə haqq qazandırmaqdır. Düz iyirmi ildir ki, hakimiyyət dürmək nağılı danışa-danışa “sendviç” kartını istismar edir. Əslində, Azərbaycana olan marağın kökündə elə bu çoğrafi gerçəklik durur. Bir tərəfdən İranın özünü təcrid siyasəti , müəyyən mənada qapalı ölkəyə cevrilməsi, digər tərəfdən imperiya ambisiyalarının girovuna çevrilən Rusiyanın ekspansiya siyasəti. Bunlar Qərbin Azərbaycana olan marağını artırıb. Bəli, indiki şərtlər daxilində bugün bu belədir, amma nəzərə almaq lazımdır ki, sabah bizdən asılı olmayan obyektiv səbəblərə görə mövcud şərtlər dəyişə və həmən maraqlar azala bilər. Cünki bu maraqları şərtləndirən prioritetlər artıq dəyişir.
Prioritetlər dəyişdikcə Azərbaycanın geostrateji önəmi azalır
*Əvvəlki illərlə müqyisədə Qərbin prioritetlərində indi Azərbaycanın rolu elə də böyük deyil, daha əvvəlki kimi önəm daşımır. Amerikanın İranla yaxınlaşmaq cəhdləri, yəqin ki, bir müddətdən sonra öz bəhrəsini verəcək. Xüsusilə, neft və qaz üzərinə qoyulan sanksiyaların yaxın gələcəkdə götürüləcəyi gözlənilir. İranın dünya bazarına çıxışı onsuz da həcm baxımından alıcılar üçün o qədər də cəlbedici görünməyən neft və qazımızın bazarını, türkün sözü, öldürəcək. * “Slans inqilabı”nın başverməsi, artıq dünyanın enerji xəritəsini dəyişir. Söbət ABŞ-ın soyuq sintez üsulu ilə yeni enerji (şist nefti və qazı) istehsalına başlamasından gedir. İqtisadi pradiqmaların dəyişməsi yeni eranın başlanmasından xəbər verir, artıq neft və qaz dövrü bitir. Öz əhəmiyyətini itirən bu faktor gesiyasi hesablaşmalarda daha nəzərə alınmayacaq və regional enerji təhcizatçıları oyundan kənar vəziyyətə düşəcəklər.
-Amerikanın Əfqanıstanda hərbi rolu zəiflədikcə Azərbaycanın tranzit ölkə kimi strateji əhəmiyyəti və geosiyasi önəmi azalır.
Nə qədər ki, gec deyil, strateji seçim etmək lazımdır
24 may 2015 – ci il “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammiti keciriləcək. Bu sammit həm Azərbaycan, həm də Qərb, xüsusilə Avropa Birliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Son bir il ərzində proqram çərçivəsində altı ölkədən üçü- Ukrayna, Gürcüstan və Moldava AB ilə Assosiasiya sazişi imzalayıb Belarusiya ilə Ermənistan imtina edib, Azərbaycan isə tərəddüd edir, guya öz aləmində şox tərəfli siyasi əməkdaşlığa deyil, iki tərəfli iqtisadi münasibətlərə, daha doğrusu, enerji üzrə əməkdaşlığa üstünlük verir. Amma neft və qaz, enerji təhlükəzizliyi kimi artıq dünya üçün öz cazibəsini itirib. Ona görə də Avropa Azərbaycanla münasibətləri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşdırmaq istəmir.Əslində, Azərbaycan hakimiyyəti mövcud reallığı dərk edir və vəziyyətdən çıxış yolları arayır. İlham Əliyevin Almaniyaya işgüzar səfərinin arxasında da elə bu gerçəklik durur. Hətta Münhendə kecirilən konfransda dövlət başçısı bu reallıqdan çıxış edərək TANAP və TAP enerji layihələrindən dolayı “bizə ehtimad göstərin” mesajını verdi. Bəs, görəsən, İlham Əliyev Riqa sammitində hansı mesajı verəcək? Artıq Avropa Birliyi Azərbaycanla bağlı hazırladığı arayışda öz mesajını verib: Rusiyaya meyl edən hakimiyyətə Avropa meyl edən müxalifəti alternativ göstərib.
P.S. Azərbaycanın önəmi onun neft və qazında deyil, yerləşdiyi coğrafi mövqeyindədir: Şimalda Rusiya, Cənubda İran, Şərqdə Mərkəzi Asiya və Orta Şərq. Yəni ölkəmiz bu yolların kəsişdiyi mərkəzdədir. Qərbin, daha dörusu Avropanın və Amerikanın da bizə olan diqqəti və marağı məhz bu coğrafi mövqeyimizlə bağlıdır. Ona görə də strateji seçim edərkən süni maraqları deyil, təbii maraqları nəzərə almaq lazımdır.