Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla ölkədə "rəngli inqilab"ın reallaşmasını arzu etdiyini bildirib. Qərbin Rusiyaya qarşı sanksiya tətbiqini xatırladan Patruşev,bütün bu addımların arxasında Rusiya vətəndaşlarının iqtisadi durumunu pisləşdirmək, son nəticədə narazı insanların hakimiyyətə qarşı etiraza qalxmasını təmin etmək istəyi durduğunu bildirib: "ABŞ rəhbərliyi və Rusiya əleyhdarları sanksiyalarla vətəndaşların həyat standartı üzərində mənfi təsirlərin yaranmasını istəyirlər. Onlar bu yolla insanların etirazlarını təşkil etmək və Rusiyada inqilab reallşdırmaq niyyətindədirlər",-deyə Patruşev bildirib. Patruşev eyni zamanda, Rusiya iqtisadiyyatının və maliyyə quruluşunun qorunması üçün lazımlı tədbirlərin görülməsinə xüsusi əhəmiyyət verdiklərini də bildirib.
azadliq.info


