ABŞ Rusiyanın qaz kranını bağlayacaq

Qərb ölkələri Şərqi Avropanın Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bu barədə İsrailin "Calcalist" nəşri yazıb. Qəzetin yazdığına görə, bu məqsədlə ABŞ Bolqarıstana atom elektrik stansiyası tikməyə, Polşaya isə Qətərdən qaz nəqlini yoluna qoymağa kömək edəcək. Amerikanın yüksək rütbəli nümayəndələri energetikanın silaha çevrildiyini gizlətmirlər. 
Yeni soyuq müharibə yarım il əvvəl başlayıb və artıq əhəmiyyətli miqyasa çatıb. “Döyüş meydanlarından” biri Avropa enerji daşıyıcıları bazarıdır. ABŞ və Qərbi Avropa ölkələri Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün tədbirlər görürlər. İlk növbədə onların diqqəti Şərgi Avropa ölkələrindədir. Vaşinqton 2020-ci ilə Avropaya Rusiya qazı nəqlinin 20% azaldılmasını qarşısına məqsəd qoyub. Bu strategiya çərçivəsində ABŞ Şərgi Avropa ölkələrinə alternativ təchizatçılara yeni boru kəmərlərini tikməyə kömək edir. 
Dövlət departament ABŞ şirkətlərinin bu regionda atom elektrik stansiyalarının tikintisinə dair tenderlərdə iştirakını dəstəkləyir. 
“Bizim enerji təhlükəsizliyi ilə bağlı bəyanatlarımız boş söz deyil. Biz rəqabətin yaranması və enerji daşıyıcıları ticarətinin silaha çevrilməsi üçün real tədbirlər görürük”, – deyə dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
Nəşrin yazdığına görə, Şərgi Avropada “enerji döyüşlərin” soyuq müharibənin daha bir teatrına çevrilib. Qərb ağır zərbə vurmağa hazırlaşır, rus ayısı da çətin ki döyüşsüz təslim olsun. 
azadlıq.info