Bilmirsiz, bizdə belə bir gün varmı? “Yoxdur”, deməyin: – Ola bilməz!- deyin. Ola bilməz! – axı, bizdəki hakimiyət Rusiya hakimiyətidir. Başqa cür desək, Rusiyaya bağlı hakimiyətdir. Türkmənçay günü ermənilər üçün böyük bir bayram günüdür. Bu gün onlara Azərbaycan topraqlarında (Batı Azərbaycanda) özlərinə ölkə-dövlət yaratdıqları üçün! Türkmənçay Rusiyanın Azərbaycanı kəsinliklə parçalaması günüdür. Türkmənçay günü ermənilər üçün bayram günüdür, bizim üçün Türkmənçay günü yox yerindədir. Bu gün Azərbaycanın aşağı-yuxarı bütün oxullarında, bütün dövlət qurumlarında Türkmənçay günü olmalı, bugünlə bağlı hər yerdə yığıncaqlar keçirilməlidir. Ta Azərbaycan birləşənədək!
Ancaq, göründüyü kimi, bundan qabaq ölkədə ulusalçı-demokratik hakimiyət qurulmalıdır. Indiki sayaq Rusiya, Iran yanlısı bir hakimiyət deyil, özümüzə, özümlüyümüzə bağlı bir hakimiyət! Indiki hakimiyətin bütünlüklə bağlı olduğu Rusiya basın-yayın qurumlarında illərlə antiAzərbaycan – AntiTürk propaqandası yapılır. Bunun başqa adı informasiya savaşıdır. Bir yandan Batı sanksiyalarını Azərbaycandan yararlanmaqla az da olsa yumşaltmağa, neytrallaşdırmağa çalışan Rusiya o biri yandan erməniyönlü informasiya savaşına da son vermir. “Azərbaycanı bütün dünyada tanıtma” qışqırıqları ilə illərlə baş-beynimizi aparan recim nəyə görəsə “strateji müttəfiqimiz” adlandırdığı Rusiyaya gerçək – dinc, barışsevər, hər cür saldırqanlıqdan uzaq Aazərbaycanı 22 illik bir sürədə olduğu kimi tanıda bilməyib.
Ermənilərin Azərbaycana, bütövlükdə Qafqaza köçürülməsi tarixi Rusiyanın Qafqazı, ayrıca olaraq Azərbaycanı tutmasından başlayır. O köçürmə faktları ilə bağlı ən yaxşı qaynaqlar rusların özündədir. Onların arasında isə başlıca yeri şair-diplomat A.S.Qriboyedovun yazdıqları tutur. Qriboyedov erməni köçürmələrində başlıca rol oynayanlardan idi. Ən başlıcası, Qriboyedov ermənilərin Irandan Azərbaycana köçürülüb yerləşdirilməsində başlıca rol oynamışdı. Hələ I Pyotr dönəmində Israil Ori yönəltməsiylə Rusiya imperatorluğuna yol tapan ermənilər yaltaq-yarınmaçı xarakterlərinə uyğun olaraq tezliklə oralarda söz-yetki yiyələrinə çevrilmişdilər. Peterburqa yol tapan ermənilərlə Iranda yaşayan ermənilər gizlincə əl-ələ verərək Rusiyanın Irana (Türkiyədə yaşayanlarsa Türkiyəyə) yolunu açırdılar. Uzun illər Iranda yerlilərdən yaxşı yaşamış ermənilər dönük xarakterlərinə uyğun olaraq getdikcə güclənməkdə olan Rusiyaya sığınmağa başlamışdılar. Dünənədək müsəlmanlarla qardaşlıqda bulunan ermənilər indi Rusiya-xristian qardaşlığı bayrağının altına yığışmağa başlamışdılar. Onlar rusların qarşısında belə quyruq bulayırdılar: “Rus otunu yemək Iran çörəyini yeməkdən daha yaxşıdır”.
Ermənilərin böyük çoxluğu Rusiyanın içərilərinə köçmək, ən çox da orta Rusiyada köç salıb yaşamaq istəyində idi. Bu gözəl erməni istəyinin qarşısını alan başlıca adam Rusiyanın Iran üzrə yetkilisi Qriboyedov oldu. Qriboyedov az arada ermənilərin xarakterini gərəyincə öyrənmiş, onları yetərincə tanıya bilmişdi. Belə görünür, Qriboyedov diplomat olaraq ermənilərlə bağlı xarakterik dünya bilgilərinə yiyələnibmiş. Buna görə də o, ermənilərin Azərbaycan, Iran, Türkiyə sınırlarında Rusiyaya gərəkli əlaltılar olaraq yerləşdirilməsini istəyənlərdən idi. Bu baxımdan onun çar I Nikolaya məktubu olduqca dəyərli bəlgədir. O, çara yazırdı: “Əlahəzrət! Ermənilərin orta rus topraqlarına yerləşdirilməsinə yol verməyin. Onlar elə tayfadandırlar bir neçə il yaşayandan sonra bütün dünyaya bu topraqların onlara ata-babalarından qaldığını qışqıracaqlar!” Qriboyedovun çara bu uyarısı yersiz deyildi; Peterburqa yol tapmış bir sıra erməni liderləri soydaşlarını orta Rusiyaya köçürmək istəyində idilər. Qriboyedov bu istəyin qarşısını alaraq erməniləri, demək olar, bütünlüklə Azərbaycanın Iran, Türkiyə sınırlarına köçürdü. Beləliklə, Azərbaycan topraqlarında indiki qondarma “Ermənistan”la qondarma “DQR” yaradıldı.