
“Biz təbii ki, Ukraynadan olan həmkarlarımın məktubuna cavab verəcəyik, ancaq öncədən deyirəm ki, o cavab mənfi olacaq. Çünki onların tələb etdiyi insanlar siyasi motivə görə axtarılır”, – deyə Yuri Çayka əlavə edib.
Baş prokuror vurğulayıb ki, Rusiya qanunlarına görə siyasi motivlərlə axtarılan şəxslər başqa ölkəyə verilə bilməz.
Qeyd edək ki, Ukraynanın sabiq baş prokuroru Vitali Yarema qeyd etmişdi ki, Ukraynanın hüquq-mühafizə orqanlarının Yanukoviçi Rusiyadan gətirmək imkanları yoxdur. (Aznews.az)