Roma Papasına sui-qəsd planı olub

Roma Papası Fransiskin Filippinə səfəri zamanı "Cemah İslamiyyə" qruplaşmasının ekstremistləri ona qarşı sui-qəsd törətməyi planlaşdırıblar.
 
"Trend" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi İtaliyanın “Corriere della Sera” qəzetinə istinadən məlumat yayıb.
 
Filippin polisinin məlumatına görə, “əl-Qaidə” ilə bağlı olan terrorçular yanvarın 18-də Manilada bomba partlatmağa hazırlaşırmışlar. Ehtimallara görə, partlayıcı qurğu Papanin kartejinin keçəcəyi şəhərin mərkəzi küçələrindən birində partlamalı idi.
 
Polis ekstremistlərin hansı səbəbdən öz əməllərini həyata keçirə bilmədiklərini dəqiqləşdirmir.