Putin Sisiyə “Kalaşnikov” hədiyyə etdi

Rusiya prezidenti Vladimir Putin, 10 il fasilədən sonra Misirə rəsmi səfər edib. Qahirə Beynəlxalq Hava Limanından verilən məlumata görə, Vladimir Putini hava limanında Misir prezidenti Abdulfəttah əl Sisi qarşılayıb. Rusiya və Misir mətbuatında yer alan xəbərlərdə, Putinin, Misir səfərində Suriya və Liviya böhranlarını, Fələstin-İsrail problemini, terrorla mübarizə, təbii qaz, nüvə əməkdaşlıqı, texniki hərbi və investisiya məsələlərini müzakirə edəcəyi bildirilir. Səfərdə ən çox diqqət çəkən məqam isə Putinin Misir prezidenti Sisiyə "Ak-47" tipli avtomat silah bağışlaması olub.

azadliq.info