İlham Əliyev Züqanovla görüşdə ABŞ-ı ittiham etdi

«Merkelə dedim ki, Ukrayna kimi Avropa da ABŞ üçün alətdir»

Rusiya kommunistlərinin lideri Gennadi Züqanovun Bakıya səfəri zamanı Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə görüşü ilə bağlı sensasion sayılacaq məlumat yayılıb. Rusiyanınÿ”Politrus” saytının görüşlə bağlı hazırladığı yazıda bildirilir ki, Azərbaycanın dövlət başçısı Züqanovla Münhen konfransından danışıb. I.Əliyev bildirib ki, Avropa ölkələri ABŞ-ın mövqeyini bölüşməməkdə doğru hərəkər edirlər. O həmçinin konfrans zamanı Almaniya kansleri Angela Merkel ilə söhbətinin detallarını da açıqlayıb. “Merkelə dedim ki, siz ABŞ-ın istədiyi yolla getməyin. Ukrayna kimi Avropa da ABŞ üçün alətdir”,- deyə I.Əliyev bildirib.

I.Əliyevin sözlərinə görə, Almaniya kansleri və prezidenti Rusiyaya qarşı neqativ hisslər bəsləmirlər: “Onların məsələyə sağlam yanaşması var. Sənayeçilər xeyli pul itirib. Bunu kim qaytaracaq? Rusiya isə bundan da betər çətinliklər görüb”.

Məsələ ilə bağlı XIN-in mətbuat xidmətindən məlumat öyrəndik. Rusiya saytında dərc olunan yazının nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirməyə çalışdıq. Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, dövlət başçısının görüşləri və orada səslənən bəyanatlar barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayır. “Digər tərəfdən, görüşlərdəki fikirlərlə bağlı da rəsmi mənbələrin verdiyi məlumatlar əsas götürülməlidir”, deyə H.Hacıyev bildirdi.

PA-nın mətbuat xidmətindən isə bu məsələyə aydınlıq gətirmək cəhdlərimiz nəticə vermədi.

Ekspertlərin fikrincə, əslində I.Əliyevin Züqanovla görüşdə səsləndirdiyi fikirlər təsadüfi deyil. Çünki hakimiyyətin son addımları hakimiyyətin antiQərb kursu seçdiyini deməyə əsas verir. Azərbaycan iqtidarının AŞ PA-nın son sessiyasında seçdiyi mövqe, Qərbin Kremlə qarşı sərt təpkisinə rəğmən Moskvanı müdafiə etməsi bəzi mətləblərdən xəbər verir. Əslində bu cür mövqeyin seçilməsində də təsadüfi heç nə yoxdur. Çünki mahiyyətcə Rusiyadakı rejimə yaxın olan Azərbaycan hakimiyyəti ondan demokratik islahatlar, insan haqlarına hörməti tələb edən Qərbin mövqeyini dəstəkləyə bilməz.

Hikmət