Qərb Putinə təzyiqi gücləndirməlidir

Almaniyalı siyasi ekspert hazırkı təzyiqləri yetərli olmadığını deyir 
 

 
Rusiya prezidenti əminliklə Ukrayna münaqişəsinin kəskinləşməsinə gedir. Qərb Kremlə konfrantasiyada qətiyyətsiz mövqedən imtina etməlidir. Belə bir fikirlə Frankfurter Allgemeine Zeitung nəşrinin siyasi şərhçisi Bertold Koler çıxış edir:
 
«Moskva Ukraynada müharibə aparmır, Minsk razılaşmasına əməl edir, separatçıları tank, top və raketlə təchiz etmir, onlara qoşunla dəstək vermir.  Kremlin və onun təbliğatçılarının belə iddialarına yalnız kar və kor olan, yaxud müxtəliff səbəblərdən kar və kor olmaq istəyən inanar. Ancaq Qərb  dövlətlərinin hökumətləri daha həqiqətə göz yuma bilməz. Putinin sarsılmaz və qarşısıalınmaz təcavüzü təkcə qonşu dövlətə qarşı yönəlməyib. Bu qitnin təhlükəsizliyinə digər təhlükələri kölgədə qoyaraq Avropanın dincliyinə hücumdur. 
 
Qərb ölkələrinin liderləri bu faktın dərk edilməsinə uzun müddət müqavimət göstərirdi. Buna görə heç kim sevinc hissi keçirmirdi. Eyni zamanda heç kim Rusiya kimi dövlətin soyuq müharibə başa çatandan sonra Avropada azadlıq və artan rifah şəraitində o cümlədən ruslar üçün dinc yaşayışın əsası olan xarici siyasət və təhlükəsizlik siyasətində əldə edilən konsensusun başlıca prinsiplərinə əməl etməkdən imtinasında maraqlı deyildi. 
 
Dəyərlərdəki fərq 
 
Hətta Krımın işğalından sonra Qərb siyasətçiləri bu fikirdə idilər ki, Putinin bu qaydalardan kəskin şəkildə çıxması Qərbin Rusiya ilə qarşılıqlı münasibətlərində mümkün səhvlərinə («təcrid», «alçaltma») olduqca sərt reaksiya idi. 
Qərb siyasətçiləri inadla Putinin bu hərəkətlərinin real səbəblərini qəbul etmək istəmirdilər, çünki bu onları daha pis nəticələrə gətirib çıxaracaqdı: yəni Putin Rusiyasında dəyərlər Qərb dəyərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. 
 
Qərbin bütün ümidləri sanksiyalarıdır. Bu sanksiyalar xalqa deyil, Rusiya prezidentinə yönəlib. Putin anlamalıdır ki, onun hələ Krımdan əvvəl özünü biruzə verən imperiya siyasəti həm Rusiyaya, həm də onun özünə xeyirdən çox ziyan vurur. 
İqtisadiyyatın zəifləməsi və ondan irəli gələn narazılıqlar Putin hakimiyyəti üçün təhlükəyə çevrilə bilər. 
Rejimə görə narahatçılıq onun siyasətinin mərkəzindədir: Qızıl meydanda Maydana imkan verilməsin! 
 
Krımı qaytarmazdan əvvəl Putinin populyarlığı azalırdı. İndi o xalq qəhrəmanıdır. NATO-nun təcavüzə adekvat reaksiyası qarşısında Putin Rusiyanı birləşdirə bilib. Deməli NATO-nun «irəliləməsi» Kremli qorxutmur. 
Putin ən çox qorxudan odur ki, demokratiya və qanunun aliliyi onun imperiyasının sərhəddinə qədər gəlib çıxır. Axı «qardaş xalq» olan ukraynalılar rusiyalalııra göstərə bilər ki, Putinin «idarə olunan demokratiyasından» fərqli olaraq daha azad yol seçmək mümkündür. Kremlin Ukraynaya qarşı etdikləri bununla izah olunur. 
 
Putinin «separatçıları» Ukrayna əsgələrini, o özü isə Qərb siyasətini qarşısına salıb qovur. Putin hərəkət dir, Qərb isə qətiyyətsiz reaksiya verir. Kreml rəhbəri iri hücumu silahla təmin edərkən Qərb müttəfiqləri Kiyevin silah yardımı ilə bağlı xahişini rədd edir. Bunu da münaqişənin daha geniş yayılmaq təhlükəsi ilə izah edirlər. Bu əsaslı həyacandır. Bu da bir daha münaqişədəki əsas uyğunsuzluğu göstərir. Putin eslakasiyadan qorxmur.  
 
Putin əvvəldən hərbi gərginliyə hazır olduğunu nümayiş etdirirdi. Bununla yanaşı o, uğurla Qərbi qorxudurdu (bunun üçün isə ciddi səylərə ehtiyac yoxdur). Qərb hətta cavab tədbirləri ilə hədələməkdən də imtina etdi. Putin kimi opponentlə konfrontasiyada bu addımı yaxşı götür-qoy etmək lazım idi. Rusiya lideri Qərbin bu ehtiyatlı mövqeyini onun zəif iradəli və gücsüz olması kimi qəbul edir. 
 
Fevralın 6-da Merkel və Olland Putini bunun əksinə inandırmağa çalışdı. Ancaq Qərbin Moskvaya göndərdiyi hədə siqnalları daha çox özünü vahimələndirmədir. Bunlar münaqişənin eskalasiyasına səbəb ola bilər». 
azadlıq.info