Poroşenko Münhendə rus əsgərlərinin hərbi biletini göstərib

Münhendə keçirilən təhlükəsizlik konfransında Ukrayna prezidenti Petr Poroşenko Ukrayna ərazisində «azan» rus əsgərlərinin hərbi biletini nümayiş etdirib. 
Ukrayna mətbuatının məlumatına görə, poroşenko hərbi biletləri çıxışı zamanı göstərib.  
«Bunlar Ukrayna ərazisində «azan» rus əsgərlərinin pasportları və hərbi biletləridir», – deyə Poroşenko bildirib. 
Xatırladaq ki, bu gün Ukrayna prezidenti Almaniya kansleri Angela Merkel və ABŞ-ın vitse-prezidenti Co Baydenlə Donbasdakı situasiyanın dinc yolla həllinə dair danışıqların inkişafını müzakirə ediblər. 
azadlıq.info