"Ya Ukraynanı rahat buraxmalı, ya da öz evində dərinləşən iqtisadi problemlərin qurbanı olmalıdır"
Rusiya Ukrayna siyasətini dəyişməsə, təcrid vəziyyətində qalacaq. Bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib (ria novosti).
“Tam səmimi demək istərdim ki, kollaps yaratmaq yaxud Rusiyanın iqtisadiyyatını zəiflətmək ABŞ-ın məqsədi deyil. Lakin Rusiya prezidenti Vladimir Putin sadə seçim etməlidir: Ukraynanı rahat buraxmalı, yaxud uzunmüddətli təcridin və öz evində dərinləşən iqtisadi problemlərin qurbanı olmalıdır”, deyə Bayden Münhen təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.