Aqil Məhərrəm
22 ildir ki, Ermәnistan torpaqlarımızın 20%-ni işğal edib. Telekanallar da 22 ildir ermәni tәcavüzünә mәruz qaldığımızı anons edir. Hökumət təmsilçiləri, hökumətin nəzarətində olan media quruluşları ikilistandartlardan, qərəzli mövqedən, işğalçıya qarşı adekvat addımların atılmamasından söhbət açır. Dağlıq Qarabağ vә әtraf rayonların Rusiyanın bir başa dәstәyi ilә Ermәnistan tәrәfindәn işğal edilmәsi hәr kәsә bәllidir. Hәtta bu günә qәdәr dә Rusiya ordusunun 102-ci hərbi birləşməsi Ermәnistan әrazisindәdir və bu ölkənin təhlükəsizliynə zəmanət dir. Bütövlükdə isə Ermənisatanın ayaqda qalıması, Rusiya faktoru ilə bağlıdır. Bütün bunlara rәğmәn bir neçә gün öncә Avropa Şurasi Parlament Assambleyasında Ukrayna әrazilәrini işğal etdiyinә görә Rusiyanı sәs vermә hüququndan mәhrum edilmәsi üçün keçirilәn sәs vermәdә Azәrbaycan nümayәndә heyәti tam tәrkibdә Rusiyanın lehinә sәs verib. Ermәnistan tәrәfi isә bitәrәf qalıb. Bu bilirsinizmi nә demәkdir?! Bu Rusiyanın işğalçı siyasətinə təşəkkür etməkdir. Hakimiyyət Qarabağın işğalına görə Rusiyaya təşəkkür borcunun olduğunu düşünür. Birbaşa olaraq deyirlәr ki, torpaqlarımızı işğal etdiyiniz üçün çox sağ olun. Sayәnizdә biz dә bu işğaldan yararlanıb hakimiyyәti zәbt etmişik. 22 ildir 1 milyon mәcburi köçkünün üzәrindәn milyonlar qazanmışıq. 22 ildir “müharibә- müharibә” deyәrәk xalqın başının altına yastıq qoymuşuq. Cüzi narazılıq olan kimi “müharibә şәraitindәyik” deyimini aktuallaşdırmışıq. Әn әsası bu müharibә şәraiti hökumәtә referendum edib, konstitusiyaya dәyişiklik etmәk imkanı verdi. Nәticә dә limitsiz prezidentlik hüququna sahiblәndilәr. İllәrdir ölkənin sәrvәtini ciblәrә axıdırlar. İndi Siz deyin: Rusiyaya tәşәkkür etmәsinlәr neylәsinlәr?!
İşğala rəğbət bəsləyən, işğalçının başına tac qoyan, sonra da “Bizim Qarabağ boyda dərdimiz var” deməyi bacaran hakimiyyətimiz var. Ukrayna səfiri narazılığını bildirəndə gərək bizim hökumətimizin “hobbi”sini də nəzərə alsın. Bəli, dərdlərdən mənfəət əldə etmək, bu hakimiyyətin hobbisidir.


