Baş prokuror və ədliyyə naziri istefaya gedib, ölkədə növbəti hökumət böhranı gözlənilir
Qırğızıstanda baş prokuror və ədliyyə nazirinin istefaya getməsi ölkədə yeni böhranın baş qaldırması barədə söhbətlərə səbəb olub.
Məlumata görə, baş prokuror Aida Salyənovanın istefası parlamentin vaxtından əvvəl buraxılmasına səbəb ola bilər.
Salyənova yanvarın 19-da heç bir səbəb göstərmədən istefa ərizəsi yazıb. Lakin onun istefasının həyat yoldaşı ilə bağlı olduğuu deyilir. Belə ki, baş prokurorun həyat yoldaşının kommersiya müəssisəsinə qarşı açılan cinayət işinin bağlanması üçün rüşvət aldığı bildirilir. Salyənova həyat yoldaşının günahsız olduğunu bildirib və ədalətli araşdırmaya mane olmamaq üçün bu istefa verəcəyini deyib.
Fevralın 3-də ədliyyə naziri almambet Şıkmamatov da istefa verib. Onun bu addımına səbəb kimi prezident aparatının rəhbəri Daniyar Narınbayevlə arasında yaranan konflik göstərilir. Keçmiş nazir baş prokurorun istefasını da Narınbayevin siyasi oyunu olduğunu deyib.
Qırğızıstan parlamentinin bəzi üzvləri hesab edir ki, istefalar hökumət böhranına yol açacaq.
Lakin bəzi ekspertlər Aida Salyənovanın prezident Almazbek Atambayev tərəfindən ədliyyyə naziri təyin ediləəcəyini və böhrandan qaçmağın mümkün olacağını düşünür.


