Ömrünün 30 ilini Çin dili müəlliməsi işləyən 94 yaşlı qoca keçirtdiyi insultdan sonra öz doğma dilində danışa bilməyib.
Azadliq.info-nun Dail Mail-ə isinadən verdiyi məlumata görə Lyu Jieyu insultdan sonra iki həftə komada qalıb. Həkimlərin böyük səyi nəticəsində komadan ayılan zaman isə qoca öz dilində bir kəlmə də danışmayıb. Ancaq təəccüblü bu olub ki, o ingilis dilində səlist danışmağa başlayıb. Belə ki, gözlərini açan zaman qoca qadın ingiliscə “mən hardayam? Ne baş verir?” deyib. Onunla öz doğma dilində danışmağa cəhd edən həkimlər Lyu Jieyunun təəccüb dolu baxışları ilə qarşılaşıb.
Həkim Tao Hou belə bir hadisə ilə ilk dəfə rastlaşdığını deyib. O tibb tarixində bu kimi hadisələrin oldugunu, xəstələrin öz dilini, yaddaşlarını unutduğunu və zamanla hər şeyin bərpa olmasının mümkünlüyünü eləcə də yaxın zamanlarda Lyu Jieyunun da dilini xatırlayacağına ümid etdiyini bildirib.