
Ukrayna baş naziri Arseniy Yatsenyuk, 1 mart 2015-ci ildən etibarən Rusiya vətəndaşlarının yalnız xarici pasportla ölkəyə girişinə icazə veriləcəyini bildirib. 2007-ci ildən iki ölkə arasında imzalanan müqavilə çərçivəsində qarşılıqlı səfərlər beynəlxalq passport olmadan, yalnız şəxsiyyət vəsiqəsilə reallaşırdısa, artıq cari ilin mart ayının 1-dən Ukrayna birtərəfli bu müqaviləni aradan qaldırır. Yatsenyuk yeni qaydanın Ukraynanın milli maraqlarının qorunmasına xidmət edəcəyini bildirib.
azadliq.info


