Rusiya Almaniyadan 4 trilyon avro tələb edir

Rusiyalı deputatlar İkinci Dünya Müharibəsi zamanı SSRİ-yə (onun davamçısı Rusiya) vurduğu ziyana görə, Almaniyadan 3-4 trilyon avro təzminat tələb etmək fəaliyyətinə başlayacaqlar.

Rusiya Dövlət Dumasının deputatları İkinci Dünya Müharibəsi zamanı Almaniyanın SSRİ-yə vurduğu ziyana görə 3-4 trilyon avro tələb etmək üçün işçi qrupu yaradacaqlar.

Bu təşəbbüs ilə Liberal Demokratik Partiyasının Ali Şurasının üzvü Mixail Deqtyaryov çıxış edib. O bildirib ki, Almaniya praktiki olaraq İkinci Dünya Müharibəsi zamanı vurduğu zərbəyə və etdiyi vəhşiliklərə, dağıntılara görə heç bir təzminat (reparasiya) ödəməyib.

“SSRİ Yalta konfransı ilə bəzi alman aktivlərini, mebel, paltarlar və manufaktura təchizatını nəzarət altına aldı. Reaparasiyalarin dayandırılması ilə bağlı Şərqi Almaniya Demokratik Respublikasi ilə müqavilə imzalandı. Amma, Federal Almaniya ilə nə əvvəl, nə də birləşmədən sonra belə müqavilə imzalanmayıb və Almaniya SSRİ-yə heç bir reparasiya ödəməyib.

Rusiyali ekspertlər bu iddianın nə qədər əsaslı olduğunu bildirsələr də, Almaniyanın 70 il sonra hər hansı reparasiya ödəməsinin qeyri-real olduğuna inanırlar.

Dumada müdafiə komitəsinin sədri admiral Vladimir Komeyedov vurğulayıb ki, Almaniya Rusiyanı böyük fəlakətlərə sürüklədi, ölkə insan resurslarının çox hissəsini itirdi. Rəsmi hesablamalara görə, 25-27 milyon insan İkinci Dünya Müharibəsi zamanı həyatından oldu. Ona görə də Almaniya qarşısında bu tələblər mütləq edilməlidir.