Dünyanın ən bahalı evi FOTO VİDEO

125 milyon dollara satışa çıxarılan Pierre Otelinin talvarında yerləşən ev dünyanın ən bahalısı hesab olunur. 
Mərhum maliyyə analitiki Martin Züeigə məxsus olan bu dairə otelin 41-42-43 –cü mərtəbələrini əhatə edir.  16 yataq otağına malik bu dairə 2013-cü ildə  63 milyon dollar satılmışdı. Hazırda bu muzeyi xatırladan dairə 125 milyon dollara alıcı gözləyir.  Evin eyvanından Nyu-Yorkun ən gözəl mənzərələrinə tamaşa etmək mümkündür. Bu triplex New York City Daşınmaz əmlak tarixinin ən bahalı mənzili qəbul edilib

div>