Business Insider saytı, İsveçrədə hər il təşkil olunan lüks saat sərgisində (SIHH 2015) diqqət çəkən modelləri sıralayıb. Qısası, həm dizaynları, həm də qiymətləri ilə diqqət çəkən o modellər.
Audemars Piguet Royal Oak
Saatın qiyməti 25 min 600 dollardan başlayır.
Vacheron Constantin Harmony
Yalnız 10 ədəd istehsal olunan markanın ən incə və qəşəng modeli kimi göstərilən saatın satış qiyməti 350 min dollardan başlayır. Saat müştəriyə özəl, məhdud sayda istehsal olunur. Saatın toqqalarının bir qismində qızıl toxunuşlar var.
Montblanc Meisterstuck Heritage Chronometrie
İsveçrədə keçirilən sərgidə qiyməti 5 min dollardan aşağı olan bir model tapmaq çox çətindir. Montblanc-ın bu seriyası bu ehtiyacı ödəyir. Saatın qiyməti 2 min 500 dollardır.
Roger Dubuis Excalibur
Modelin titan və qızıl gövdəli modellərinin qiymətləri 60 min ilə 80 min dollar arasında dəyişir.
Cartier Clé de Cartier
18 karat ağ qızıldan gövdəsi olan saatın qiyməti 21 min dollardır.
Panerai Radiomir
Avropalı istehsalçının son modeli yalnız 99 ədəd istehsal edilib və 17 min Avrodan alıcı tapacaq.
Richard Mille RM 11 Bracele
Markanın bilərzik formasındakı saatı sərginin diqqət çəkən modellərindən biri olub. Qiyməti 17 min avrodur.
Greubel Forsey Tourbillon
Yalnız 22 ədəd istehsal olunan saatın qiyməti 300 min dollardır.
Jaeger-LeCoultre Master Grand
Sərginin ən çox maraq görən modellərindən biri olan saatın qiyməti 200 min dollardır.
A. Lange & Söhne Lange 1
Almaniyanın lüks saat istehsalçısının qızıl və titan variantları olan modelinin qiyməti 30 min ilə 43 min Avro arasında dəyişir.