ABŞ-da Rusiya casus şəbəkəsi ifşa olundu

Nyu-Yorkda Rusiyanın xeyrinə casusluqda şübhəli bilinənlər saxlanılıb.

Şübhəli üç şəxs haqqında ittiham irəli sürülüb.

Casusluqda şübhəli bilinənlər bunlardır: Yevgeni Buryakov, İqor Sporışev və Viktor Podobnı.

Bu şəxslər Rusiya xüsusi xidmət orqanları üçün məxfi informasiyaları toplayaraq onlara ötürməkdə şübhəli bilinirlər. Bildirilir ki, onlara Nyu-York sakinlərindən kömək edənlər də olub.

İstintaqın versiyasına görə, bu üç nəfər 2012-ci ildən ABŞ-da fəaliyyət göstərir. Buryakov bankda işləyib, Sporışev Rusiya ticarət nümayəndəsi, Podobnı BMT missiyası vaxtı Rusiya attaşesi olub. Buryakov həbs edilib, digər iki şübhəli haqqında isə araşdırmalar aparılır. (ans)