Klinton Putini parodiya etdi VİDEO

Amerika və Rusiya seçki proseslərini müqayisə edən ABŞ-ın keçmiş dövlət karibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putini parodiya edib. Bu zaman o, Rusiyadakı seçkilərin tamaşa olduğunu anlatmaq istəyib.

Klinton ona verilən sualda işlədilən "əgər siz ABŞ-ın prezidenti olmağa qərar versəniz" ifadəsi ilə bağlı deyib ki, ABŞ-da seçki bir prosesdir, həmin prosesdə iştirak etmək lazımdır. Sonra o, auditoriya qarşısında Putinin daxili monoloqunu canlandırıb:

"Təsəvvür edin, Vladimir Putin prezidentlikdən sonra baş nazir olarkən öz-özünə deyir:

– Vladimir, sizə elə gəlmirmi ki, siz yenidən prezident olmaq istəyirsiniz?

– Hesab edirəm ki, bəli, belə bir istəyim var

– Bəs niyə çıxıb bunu elan etməyəsiniz? Dmitriyə də deyərik ki, o, baş nazir ola bilər

– Çox gözəl ideyadır".