Başına bağ qayçısı batan kişi ən nəzakətli xəstə olub
Meksikada əsl möcüzə yaşanıb. Həyatda qalmağı möcüzə hesab edilən 32 yaşlı xəstə həm də tarixin ən nəzarətli yaralılarından biri elan edilib. Çiuaua şəhərində başına bağ qayçısı ilə xəstəxanaya gələn yaralı nəzakətli şəkildə, heç bir təşvişə düşmədən soyuqqanlı formada növbətçiyə yaxınlaşaraq balaca problemi olduğunu deyib.
Şahidlərin sözlərinə görə, meksikalı kişi barda dostları ilə oturub. Bu zaman ona tanımadığı şəxs yaxınlaşaraq təhqir etməyə başlayıb. Meksikalı kişi onu söyənə sakitləşmək üçün kokteyl içməyi təklif edib.
Bu təklifdən sonra daha çox əsəbləşən naməlum şəxs cibindən çıxardığı qayçını dostcanlı həmsöhbətinin başına sancıb.
Bundan sonra xuliqan qaçıb. Dostları isə qayçının yarısı başında yarısı isə çöldə olan dostlarını xəstəxanaya aparıblar. Növbətçi ilə nəzakətli danışıqdan sonra yaralı özündən gedib.
Həkimlərin sözlərinə görə, qayçı əmgək sümüyünün lap yaxınlığından girib. Bir necə mm ara onu ölümdən xilas edib. (ans)