
AXCP sədrinin müavini Razi Nurullayev ötən gün Latviyanın Dövlət Katibi Andrejs Pildegovics ilə örüşüb. Görüşdə əsasən Şərq Tərəfdaşlığı mövzusu müzakirə mövzusu olub. Eyni zamanda Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Avropaya inteqrasiya məsələsi, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi fəalların, blogger və jurnalistlərin həbsi ətrafında da müzakirə aparılıb.
Qeyd edək ki, bu ildən Avropa Birliyində sədrlik Latviyaya keçib və Şərq Tərəfdaşlığı üzrə Zirvə Toplantısı da bu ilin martında Latviyanın paytaxtı Riqada keçriləcəkdir.


