Yanukoviç haqqında həbs qərarı verildi

Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç haqqında həbs qərarı çıxardı. Həbs qərarı Ukrayna Baş Prokrorluğunun müraciəti əsasında çıxarılıb.

Bir müddət öncə Yanukoviç interpol xəttilə axtarışa verilmişdi. Ukraynanın keçmiş prezidenti haqqında çıxarılmış qiyabi həbs qərarı Kiyevə onun Moskvadan ekstraditsiya olunmasına imkan verəcək. Bu barədə məlumat Ukraynanın Baş Prokrorluğunun saytında yayılıb.

Baş Prokrorluğun saytında daha sonra Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun həbsinə sanksiya verilməsi barədə məlumat yayılıb.

azadliq.info