İran İraqla sərhədinə 350 minlik qoşun yeridib

İran İraq ilə sərhəddə 350 minə yaxın zabit və əsgərdən ibarət qoşun yerləşdirib. APA-nın məlumatına görə, bu barədə Küveytin “Al-Rai” qəzeti xəbər verir. Yazıda qeyd olunub ki, İran hərbçiləri İraq hökumətinin müvafiq razılığı olduqdan sonra “İŞİD”ə qarşı mübarizə üçün qonşu ölkənin ərazisinə daxil olmağa hazırdır.