“Türkiyə ikili oyun oynayır “

 
Fransada sağ mərkəzçilərin ən böyük partiyası olan  UMP-nin ikinci şəxsi, köhnə kənd təsərrüfatı naziri Bruno Le Maire Fransanın  "RMC" radiosuna verdiyi açıqlamada, Türkiyə və Qətəri terrorla mübarizədə səmimi olmamaqda ittiham edib. Le Maire: "Fransada təşkil olunan 11 yanvar həmrəylik yürüşü çox yaxşı. Amma bu yürüşə qatılan bəzi ölkələr terrora qarşı mübarizədə səmimi deyillər.  Bu ölkələrin başında Qətər gəlir. NATO üzvü olan Türkiyə isə IŞİD-ə qarşı  mübarizəyə qoşulmur. Bu da Qətər kimi şübhə doğurur. Türkiyə ikili oyun oynayır: bazar günü Parisdə yürüşə qatılır, amma terrora qarşı mübarizə aparmır. Ümid edirəm, Avropa terrora qarşı daha ciddi tədbirlər görməlidir".
 
azadliq.info