Hollandiyadan Türkiyəyə ağır ittihamlar

 

Hollandiyada müxalifətdə olan Xristian Demokrat Partiyası (CDA), əllərində Milli İstihparat Təşkilatının (MİT) tırlarla Türkiyədən Suriyadakı Əl-Qaidə döyüşçülərinə silah göndərməsi ilə bağlı sənədlərin olduğunu iddia edib. CDA, bu sənədləri Holland  hökümətinə çatdırdığını da bildirib. CDA Millət vəkili Raymond Knops, hökuməti  Türkiyə mövzusunda “dəvəquşu siyasəti” yürütməkdə ittiam edib. Hollandiyalı parlamentari Pieter Omtzigt, Noyabr ayında əldə etdikləri gizli sənədi Təhlükəsizlik və Ədalət naziri İvo Opsteltenlə Milli Təhlükəsizlik və Terrorla Mübarizə Koordinatoru (NCTV) Dick Schoofa təqdim etdikilərini bildirib. “BBC” Türkün əldə etdiyi məlumata görə,  həmin sənədlər arasında Respublika Prokrorluğuna, MİT və jandarmaya aid qeydlər var.
Sənədin prokurorluğa aid hissəsində, keçmiş Adana valisi Hüseyn Avni Coşun, silah və sursatı baş nazirin təlimatı ilə MİT-ə aid tırlarla Suriyaya göndərdiyini deməsi də öz əksini tapır.
Hollandiya parlamentinin Xarici Siyasət Komissiyasının üzvü Raymond Knops da, məsələyə münasibət bildirib. Knops, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən yaradılan Analitik Dəstək Komitəsinin İŞİD və Əl-Nusra Cəbhəsi döyüşçülərinin əllərindəki silah və sursatın böyük hissəsinin Türkiyə üzərindən gizlicə göndərildiyi haqda hazırlanan hesabatda əks olunanlara diqqət çəkib. Knops, bu məlumatın, BMT səlahiyyətlilərinin İraqdakı missiyası UNAME tərəfindən də təsdiqləndiyini dilə gətirib. Knops, Türkiyə üzərindən Suriyaya gizli yollarla silah  göndərildiyi halda, IŞİD-ə qaşı mübarizəni “krant açıqkən döşəmənin silinməsi” nə bənzədib. 
 
azadliq.info