Rusiyanı SWİFT-dən çıxaracaqlar

Avropa Parlamentinin vitse-prezidenti Rişard Çarnetski bildirib ki, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmasa, AB və ABŞ-ın sanksiyaları sərtləşdiriləcək. 
«Rusiyanın SWIFT sistemindən çıxarılması təklifi Rusiya tərəfindən çox ağrılı qarşılandı. Çünki bu ölkə iqtisadiyyatı üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Rus rublunun konvertasiyasının məhdudlaşdırılması nüvə zərbəsinə bərabər addımdır. Rusiya bilməlidir ki, bu, AB və ABŞ-ın ona qarşı tətbiq edəcəyi növbəti sanksiyadır», – deyə o qeyd edib.
azadlıq.info