İnterpolu diktatorlarla nə birləşdirir?

 

Alman qəzeti sabiq deputat Hüseyn Abdullayev haqqında nələr yazdı?

 

Almaniyanın ən nüfuzlu qəzetlərindən biri olan “Süddeutsche Zeitung” despotlarla İnterpolun arasında olan şühbəli iş birliyi barədə yazıb. Qəzet bu beynəlxalq polis təşkilatının despotların əlində necə alətə çevrildiyini izah edir.

 

 

Məqalədə azərbaycanlı sabiq millət vəkili, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayevin öz ölkəsində hakimiyyətin qəzəbinə tuş gəlməsindən də bəhs olunur. Bildirilir ki, hakimiyyətin təqibindən yaxa qurtarmaq üçün Almaniyay mühacirət etmiş sabiq millət vəkili məşhur “Susma!” bəstəsindən sonra İnteröpolun axtarışına verilib:

 

“Azərbaycanlı bəstəkar və müxalif Hüseyn Abdullayev “Susma” adlı tənqidi mahnısını səsləndirib “YouTube”da yerləşdirdi. Bundan bir gün sonra öz rəsmini İnterpolun axtardığı şəxslərin siyahısında gördü. Hökmdar İlham Əliyev dərhal Abdullayevin vergi qaçaqmalçılıgında ittiham olunaraq axtarışa verilməsini istədi. Həmin vaxtlar Almaniyada olan cənab Abdullayev bu ölkədən siyasi sığınacaq istədi. Bundan sonra o, siyasi oturum aldıgı şəhərdən İnterpolun nəzarət komissiyasına saysız hesabsız məktublar göndərdi və sonda müsbət nəticə aldı. Komissi axtarışın səbəbilə bağlı heç bir açıqlama verməsə də, 20 aylıq bir vaxtan sonra, 2014-cü ilin noyabrında Abdullayevin axtarışı rəsmən dayandırılır. Elə bu qərardan dərhal sonra Bakıda meydana buldozerlər çıxır və Abdullayevin ofisi dağıdılır.

 

 

Bu hadisələrdən 2 il öncə İlham Əliyevin xanımı Mehriban Əliyeva İnterpolun baş katibi Ronald Noble tərəfindən “Beynalxalq sülhsevər” və “İnterpolun strateji müttəfiqi” adını almaqla şərəfləndirilmiş, üzərində “Daha təhlükəsiz bir dünya” yazılmış medalla təltif olunmuşdu”.