Seymur Həzidən xəbər var

Vəkil Adil İsmayılov İki gün öncə karsa salınan “Azadlıq” qəzeti və “Azərbaycan saatı” TV proqramının əməkdaşı Seymur Həzi ilə görüşüb. Bu haqda Adil İsmayılov özünün “facebook” səhfəsində bunları yazıb: “Bu gün Seymurla görüşdüm. Ehvalı yaxşıdır. Təcridxana rəhbərliyi daxili intizam qaydalarını pozduğuna görə ( Seymur bununla razı deyil) Seymuru 3 sutqalıq karsa saldıqlarını bildirir. Seymur Həzi, mənimlə görüşənə kimi saxlanma şəraitindən heç bir şikayəti və narahatçılıq olmadığını bildirdi. Hamıya salamlarını çatdırmağı xahiş etdi”.