“Coca-Cola” da qiymətləri qaldırır

Bahalaşma yanvarın 24-nə təsadüf edəcək 
 
“Azərbaycan Coca-Cola Bottlers” MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq. “APA-Economics”in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Belə ki, şirkət qazlı və qazsız içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.
 
Qiymətlər mərhələli şəkildə bu cür reallaşdırılacaq:
 
–    0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
 
–    0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
 
–    0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
 
–    0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
 
–    2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
 
–    5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.