50 yaşlı meymun danışır VİDEO

Meymun Afrika xalqlarının  ləhcəsində danışır
 

Zooloqlar, 50 il Kölndə heyvanat parkında yaşayan dişi oranqutanda, strukturca insan danışığına yaxın olan nitqin olduğunu aşkar ediblər. Meymun sait və samiti xatırladan səsləri ilə gözətçilərin diqqət çəkib. Alimlərin fikrincə, oranqutanın davranışı insanın ulu babalarında dilin yaranmasına işıq salır.  Tilda adlı meymunu Borneo meşələrindən iki yaşında tutublar və İsveçrəyə aparıbar. Zaman keçdikcə ona qulluq edən xidmətçilər görüblər ki, meymun fit çalır, dilini şıqqıldadaraq onları çağırır. Halbuki, Tilda spesifik səsləri heyvan təlimçisindən (onun Avropa zooparklarında qaldığı zaman belə bir epizod qeydə alınıb) öyrənə bilərdi, o, Kölndə nəzarətçilərın əlindəki yeməyi göstərərək, konkret onlara nə istəiyini deyə bilib. 
 
Bioloqlar bu səsləri diqqətlə öyrənib belə qənaətə gəliblər ki, Tilda nəfəs səs aparatının hərəkətinı təkrar edir: "Onun dodaqları və dili də demək olar ki, "t", "k" və "p" samitlərinin artikulyasiyası zamanı tərpənən kimi hərəkət edir. Bundan başqa, meymun saitlərə bənzər səs çıxarır. Onun nitqində ritm nəzarətçilərlə ünsiyyətdə yeddi dəfə (oranqutanlar üçün normal temp ilə müqayisədə) sürətlənir.Tilda ağzını insanlar kimi tez açıb yumur." Zooloqların fikrincə, bu səviyyədə səs tələffüzü üçün yalnız insanların malik olduğu dodaqların və dilin nəzarəti lazımdır. Nəhayət, Tildanın " danışığında" Afrika koysans dilləri üçün səciyyəvi olan oxunan samitləri xatırladan səslər də var. Bu dillərin daşıyıcılarını yaxınlarda dünyanın ən qədim xalqı elan ediblər.
"İnsanlarda dilin necə yaranmasını öyrənməkdə əsas maneə insanabənzər meymunlarda oxşar fenomenləri müşahidə etməyin qeyri-mümkün olmasıdır. Onlar  çox məhdud səslərdən istifadə edirlər və yenilərinə praktiki olaraq yiyələnmək iqtidarında deyillər. Yeni müşahidələr onu da göstərir ki, insan və iri meymunların şifahi nitqi arasında təkamül ardıcıllığı mümkündür",- məqalənin müəllifi Adriano Lameyra vurğulayıb. (Analitik.az)