Ərdoğandan çox orijinal qəbul FOTO

 

Türkiyə prezident Ərdoğan, Fələstin dövlət başçısı Mahmud Abbası prezident sarayında rəsmi mərasimlə qarşılayıb. Qarşılanma mərasiminə bu görüntülər damğa vurub. Mərasimdə, ilk dəfə olaraq keçmişdə mövcud olan 16 türk dövlətinin hərbi paltarlarını geyən əsgərlər də iştirak edib. Prezident Ərdoğan, pilləkənləri mövcud olduqları dövrün paltarlarını geyən əsgərlərin müşaiyyəti ilə düşüb. Daha əvvəl bənzəri görünməyən bu mərasim, qısa müddətdə medianın da əsas gündəminə çevrilib.