Həsən Kərimov: «2015-ci ildə fəaliyyət proqramında seçkiyə hazırlıq məsələsini əsas götürmüşük»
2015-ci il Azərbaycanda seçki ilidir. Bu ilin noyabrında parlament seçkisi keçirilməlidir. Bu mənada, ilin qaynar keçəcəyini əvvəlcədən demək olar. Üstəlik, bu ilin yayında Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçiriləcəyini, neftin qiymətinin getdikcə daha da ucuzlaşması, Rusiyadakı proseslərləi də diqqətdən qaçırmaz olmaz. Bunların hər biri ciddi müzakirələrə səbəb olan hadisələrdir.
Artıq Mərkəzi Seçki Komissiyası bu il keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı vəsait ayrıldığını bəyan edib.
Müxalif düşərgənin əsas qüvvəsi olan Milli Şura, eləcə də bu quruma daxil olan AXCP-nin 2015-ci ildə seçki siyasəti nədən ibarət olacaq?
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun sözlərinə görə, partiya üçün prioritet məsələlərdən biri seçkilərdir. Deyir ki, ilk növbədə hakimiyyətin Seçki Məcəlləsinə müsbət dəyişikliklərlə bağlı hansısa addım atacağını gözləyirlər: “Partiya 2015-ci ildə özünün fəaliyyət proqramında seçkiyə hazırlıq məsələsini əsas götürüb. Indi hakimiyyətin bu istiqamətdə addımlarını gözləyirik. Bələdiyyə seçkiləri göstərdi ki, bu seçki nə dərəcədə biabırçı keçdi. Daha doğrusu, seçki yox, təyinat oldu. Hökumət Seçki Məcəlləsinə müsbət dəyişikliklə bağlı hər hansı addım atmasa, AXCP, eyni zamanda, Milli Şura olaraq, öz qərarımızı verəcəyik”.
Nigar


