Kuba höküməti 53 siyasi məhbusu azad edib

Kuba ABŞ-la əlaqələri bərpa etmək haqda razılığa uyğun olaraq 53 siyasi məhbusu azadlığa buraxıb.
 
ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Kuba höküməti məhbusları ölkədə siyasi və sosial islahatlar təşviq etdiklərinə görə həbs edib. ABŞ insan haqları qrupları ilə məsləhətləşmədən sonra məhbusların adlarını Kuba rəsmilərinə təqdim edib. 
 
Xatırladaq ki, bir neçə gün əvvəl Kubada  36 siyasi məhbus azadlıqa buraxıldı. Digər məhbusların da buraxılacağı gözlənilən idi.