Interpol Yanukoviçin axtarışına başladı

 
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç rəsmi şəkildə beynəlxalq axtarışa verilib. Onunla yanaşı oğlu və keçmiş tərəfdarları da axtarışa verilib. 
Yanukoviç başqasının əmlakını mənimsəmə, mütəşəkkil dəstə tərəfindən həyata keçirilən böyük həcmlərdə israfçılıqda ittiham edilir. 
Interpolun axtarışına keçmiş baş nazir Nikolay Azarov, Yanukoviçin oğlu, Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Raisa Boqatıreva, keçmiş maliyyə naziri Yuri Kolobov, həmçinin Ukrtelekomin keçmiş rəhbəri Georgi Dzekon da var 
azadlıq.info