Müstəntiq Asif Yusifliyə problem yaradıb

Noyabrın 25-də həbs olunan Qarabağ əlili, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli I qrup əlillik təqaüdünü ala bilmir. Bu barədə anası Sədaqət Yusifova özü “Azadlıq” qəzetinə məlumat verib.

O bildirib ki, oğlu həbs olunandan sonra onun təqaüdünü ala bilmirlər. Təqaüdü almaq üçün A.Yusifli kiməsə etibarnamə verməlidir. Etibarnaməni almaq üçün notarius nümayəndəsi Kürdəxanı Təcridxanasına gedib Yusiflinin imzasını almalıdır. Bunun üçün isə müstəntiqin icazəsinə ehtiyac var. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İsmayıl adlı müstəntiqi müxtəlif bahənələr gətirərək icazə kağızını vermir.

S.Yusifova deyib ki, oğlunun iki övladı var və onların bu təqaüddən başqa gəlir yeri yoxdur.

Bəyim