Paris terrorunun arxasından iki təşkilat çıxdı

“Charlie Hebdo”ya basqını “Əl-Qaidə”, yəhudi mağazasına basqını isə İŞİD üzərinə götürdü

Parisdə “Charlie Hebdo” satirik jurnalına basqın edib 12 nəfəri öldürən, ötən gün keçirilən əməliyyatla isə öldürülən Şərif və Səid Kuşai qardaşlarının hansı təşkilata bağlı olduqları üzə çıxıb. Jurnala basqını “Əl-Qaidə” terror təşkilatının Yəmən qolu üzərinə götürüb. Təşkilatın liderlərindən olan Əl Nazari bildirib  ki, jurnala qarşı terroru Fransa xalqına ifadə azadlığının limitlərini göstərmək üçün təşkil ediblər.

Ötən gün Parisin yəhudi məhəlləsində mağazaya basqın edib girovlar götürənlərin isə İŞİD-ə bağlı olduğu aşkarlanıb. Onların İŞİD-ə bağlı olduğunu həmin basqının sağ qalan iştirakçısı bildirib.
Xatırladaq ki, mağazaya basqın edənlərdən biri də hadisə yerində əməliyyat zamanı öldürülüb.

Xarici mediada yer alan xəbərlərə görə, jurnala basqını təşkil edənlərdən Şərif Kuşai də onlara qarşı polis əməliyyatından qabaq Fransa televiziyalarından birinə telefonla deyib ki, terror əmrini “Əl-Qaidə”nin Yəmən qolundan alıblar.

azadliq.info