Rusiyalı iqtisadçı alim Valentin Katasonov 2014-cü ildə böhranın Rusiya vətəndaşlarına vurduğu ziyanı hesablayıb. Onun sözlərinə görə, hökumətin 2014-cü ildə atdığı səhv addımlar əhalinin qarət edilməsinə bərabərdir.
Belə ki, rublun 50% ucuzlaşması banklarda 13 trln rubl depozitə malik əhaliyə 6,5 trln ziyan vurub. Bu da 100 mlrd dollar deməkdir. Əgər bu vəsait ötən ilin əvvəlində olan məzənnə ilə hesablansa, itki 200 mlrd dollara bərabərdir.
İqtisadçı müəssisə və şirkətlərin də itkilərini hesablayıb. Rublun dəyərdən düşməsi Rusiyada hüquqi şəxslərə 150 mlrd dollar ziyan vurub.
Fiziki və hüquqi şəxslərin bir ildə itkisi 350 mlrd dollar olub.
Rusiya banklarında yerləşdirilən rublun dəyərdən düşməsi nəticəsində itkilər ÜDM-ə nisbətdə 14% olub.
azadlıq.info


